Şəhriyar Məmmədyarov bu turnirə 3 qələbə ilə başladı

Hazırda oxunan: Şəhriyar Məmmədyarov bu turnirə 3 qələbə ilə başladı

106967

Hindistanın Kəlküttə şəhərində şahmat üzrə “Tata Steel İndia” rapid turniri başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün start götürən yarışda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov da iştirak edir.

Turnirin ilk günündə 3 oyun keçirən “Şah” hər üç qarşılaşmadan qalibiyyətlə ayrılıb.

İlk oyununda qara fiqurlarla hindistanlı Qukeşə qalib gələn Məmmədyarov ikinci görüşündə onun həmyerlisi Sethuramanı ağ fiqurlarla udub.

Günün son matçında amerikalı Uesli Sonu məğlub edən Azərbaycan qrossmeysteri 3 oyundan sonra 3 xalla turnir cədvəlinin lideridir.

Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin