UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəşt etdi

Hazırda oxunan: UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəşt etdi

106880

UEFA-nın Apelyasiya Komitəsi Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Nant” - “Qarabağ” oyununda azarkeşlərin davranışına görə cəzalandırılan Fransa klubunun şikayətini qismən təmin edib.

Bizim.Media xəbər verir ki, qitə futbol qurumu “Nant”a tətbiq olunan “Luara” tribunasının bağlanması qərarını ləğv edib.

Azarkeşlərin Azərbaycan çempionu ilə görüşdə petardalardan istifadəsinə görə İntizam Komitəsi tərəfindən verilən qərar qüvvədən düşüb. Ancaq “Nant” buna görə, 50 min avro cərimə ödəməli olacaq.
Bu isə o deməkdir ki, Avropa Liqasının pley-off mərhələsində “Yuventus”la fevralın 23-də keçiriləcək ev matçı dolu tribunalar önündə keçirilə bilər.

Qeyd edək ki, Fransadakı oyun “Nant”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransızlar qrup ikincisi kimi pley-offa yüksəlibsə, “Qarabağ” mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin