DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda keçirilən Braziliya - İsveçrə matçının 44-cü dəqiqsində stadionda işıqlar sönüb.
Bizim.Media xəbər verir ki, Dohadakı 974 stadionu bir anda azarkeşləri və futbolçuları qaranlığa qərq edib. Həmin an yalnız reklam bannerləri yanıb. Bir neçə saniyə sonra stadionun işıqları yenidən yanıb və qısa fasilədən sonra komandalar görüşü davam etdirib.
Bizim.Media