Qətər DÇ-2022 bitdikdən sonra Portuqaliyanı qara siyahıya alacaq

Hazırda oxunan: Qətər DÇ-2022 bitdikdən sonra Portuqaliyanı qara siyahıya alacaq

106574

Qətər hakimiyyəti Portuqaliya prezidenti Marselo Rebelo de Souza və baş nazir Antonio Koştanın tənqidi bəyanatlarına görə, dünya çempionatı başa çatdıqdan dərhal sonra bu ölkəni qara siyahıya salacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sol nəşri yayıb.

Mənbə yazır ki, Qətər Danimarka, Almaniya və Fransa liderlərinin tənqidindən də narazı qalıb.

Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino bundan əvvəl Dünya Çempionatının obyektlərinin tikintisində miqrant işçilərlə rəftarına görə tənqid etdiyinə görə avropalıları ikili standartlarda ittiham etmiş, həmçinin Qərb nümayəndələrini Asiyada əxlaqi prinsiplərin olmaması barədə danışmağı dayandırmağa çağırmışdı. 
“Düşünürəm ki, biz avropalılar əxlaqdan danışmağa başlamazdan əvvəl, son üç min ildə onlara etdiklərimizə görə dünyadan üzr istəməliyik”, - FİFA rəhbəri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin