Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında günün son qarşılaşması keçirilib.
Bizim.Media xəbər verir ki, günün son oyununda Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentinanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun qollarını 64-cü dəqiqədə Lionel Messi və 87-ci dəqiqədə Enso Fernandes vurublar. Sonuncu topun ötürməsini də PSJ-nin hücumçusu edib.
Beləliklə, Messinin sayəsində argentinalılar əzmkar qələbə qazanıb.
İkinci turdan sonra C qrupunda Polşa 4 xalla birinci yerdə qərarlaşıb. Argentina və Səudiyyə Ərəbistanı hərəyə 3 xalla ikinci və üçüncü yerləri bölüşürlər. Meksika isə 1 xalla 4-cü yerdədir.
Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. Günün digər matçında - C qrupunda Səudiyyə Ərəbistanı Polşa millisinə 0:2 hesabı ilə məğlub olub. Fransa yığması isə Danimarkaya 2:1 hesabı ilə qalib gəlib.
Bizim.Media