Dünya çempionatında İspaniya-Almaniya dueli olacaq

Hazırda oxunan: Dünya çempionatında İspaniya-Almaniya dueli olacaq

106524

Bu gün futbol üzrə dünya çempionatında daha 4 oyun keçiriləcək. Şübhəsiz ki, günün əsas oyunu E qrupunun Almaniya İspaniya oyunudur.

Bizim.Media xəbər verir ki, İspaniya millisi mundiala 7-0-lıq möhtəşəm Kosta-Rika qələbəsi ilə başlayıbsa, almanlar ilk turda ötən mundialda olduğu kimi Yaponiya qarşısında aciz qalıblar.

Ona görə bundestimə qələbə hava su kimi lazımdır. İspaniya hələ ki, mundialın ən baxımlı oyun göstərən komandasıdır. Düzdür, Almaniya Kosta Rika deyil, amma Luis Enrikenin yetirmələrinin oyunu alınsa, onlar almanlara da qol və qollar vurmağa qadirdir.
İspaniya Almaniya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu qrupda digər oyun Yaponiya-Kosta Rika görüşüdür. Qrupun autsayderi olan Kosta Rika yığması Yaponiyaya uduzsa, qrupda qalacaq. Asiya təmsilçisinin bu görüşdə qalib gəlmək ehtimalı çoxdur.

Xüsusilə də Almaniya millisi üzərindəki qələbədən sonra Yaponiya yığmasına inam xeyli güclənib. Qələbə Yaponiya millisini də sonuncu turun nəticəsindən asılı olmayaraq play-off-a daşıyacaq. Bu görüş saat 14-də start götürəcək.

F Qrupunda saat 17-də başlayacaq Belçika-Mərakeş oyununda aşkar favorit Belçika göstərilir. Ancaq bir məsələ var ki, Roberto Martinesin komandası ilk turda zəif təsir bağışladı. Kanada onlardan həm yaxşı təsir bağışlayır, həm də daha çox qol vəziyyəti yaradırdı.

Əgər Batşuayinin ustalığı olmasaydı, belçikalılar bu görüşdə xal itirəcəkdilər. Mərakes isə birinci turda son mundialın finalçısı Xorvatiyaya dirəniş göstərdi. İstisna deyil ki, onlar bu dəfə Belçika futbolçularının əsəbləri ilə oynayacaq.

Ona görə də bu oyunun sürətli və maraqlı keçəcəyi gözlənilir. Belçika qalib gələrsə, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək. Mundialın ən maraqlı komandalarından biri olan Kanada yığması ilk turda layiq olmadığı məğlubiyyət yaşadı.
Ona görə də, onlar Xorvatiya ilə görüşdə bu məğlubiyyəti sığortalamağa çalışacaqlar. Rəqibin gücündən asılı olmayaraq Şimali Amerikalıların qələbəyə oynayacqları şəksizdir. Zlatko Baliçin komandasına gəldikdə isə, onlar birinci turda finalçı kimi oynamadılar.

Uğursuzluq isə komandanın play-off şanslarını azalda bilər. Məhz bu amilə görə, Xorvatiya-Kanada oyununda barışmaz mübarizənin gedəcəyi gözlənilir. Əlavə edək ki, bu qarşılaşma Bakı vaxtı ilə saat 20-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin