Qətər-2022 mundialında FİASKO – Stadiona pulla tutulmuş azarkeşlər gətirilir

Hazırda oxunan: Qətər-2022 mundialında FİASKO – Stadiona pulla tutulmuş azarkeşlər gətirilir

106259

Qətərdə futbol həyəcanı davam edir. Lakin, bu həyəcanı digər çempionatlardan fərqli olaraq azarkeşlər bu dəfə daha çox televiziya qarşısından yaşayırlar. Xarici mətbuatın yazdığına görə, məhz bu səbəbdən qarşılaşmalarda bir qayda olaraq tribnalar Pakistandan, Hindistandan və digər Asiya dövlətlərindən gəlmiş əmək miqrantları hesabına doldurulur. Və təbii ki, “azarkeşlər” qonarar müqabilində stadiona gəlirlər. 

Bütün bunlarsa onu göstərir ki, Qətər höküməti və çempionatın təşkilatçıları hazırlıq işlərinə 200 milyard dollar xərcləsələr də bir çox vacib məqamları nəzərdən qaçırdıblar.

Çünki, azarkeş həm də turistdir. O təkcə bir matça baxmaq üçün Qətərə gəlmək istəmir. Turist oyundan əvvəl və sonra getdiyi ölkədə gəzmək, görmək və əylənmək istəyir. Di gəl ki, Qətərdə Avropalı turistləri özünə cəlb edəcək elə bir tarixi və yaxud əyləncə məkanları yoxdur. Üstəlik, spirtli içkilərin qadağan edilməsi azarkeşlərin kefinə xeyli soğan doğrayıb. 

Turizm üzrə ekspert Ceyhun Aşurov Bizim.Media ilə söhbətində Qətərin turizm nöqteyi nəzərindən maraqsız bir ölkə olduğunu söylədi:
 

MÖVZU İLƏ BAĞLI:

Dünya Çempionatında bu gün II tura start verilir - VİDEO 


“Qətər heç BƏƏ ilə müqayisəyə gəlmir. Turizm baxımından Dubayda və digər mərkəzi şəhərlərdə kifayət qədər maraqlı yerlər var. Amma Qətər barədə bunu deyə bilmərik. Baxmayaraq ki, Qətər dünya çempionatına hazırlığı yüksək səviyyədə aparıb və ideal infrastruktur yaradıb”. 

Ceyhun Aşurov azarkeşin həm də turist olduğunu bildirdi: 

“Üstəlik, iqlim də bir faktor. İnsanlar futbola daha rahat və kamfortlu şəraitdə tamaşa etmək istəyir. Adətən azarkeşlər stadiona spirtli içkilər daşıyırlar. Oyunu izləyərkən həm də digər əyləncələrdən istifadə edirlər. Qətərdə buna birmənalı şəkildə icazə verilmədi. Bu mənada Qətərdə futbol var, lakin komfort yoxdur. Ona görə də Qətərə gözlənildiyindən çox az azarkeş gəlir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin