Bəzi sosial şəbəkələrdə Qətərdə Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman Azərbaycanda kabel telekanallarının çempionatla bağlı yayımının dayandırıldığı bildirilir və qeyd olunur ki, oyunlar başlayan zaman həmin telekanallar əvəzinə, İctimai TV yayımlanmağa başlayır.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti açıqlama yayıb.
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Avropa Yayım Birliyi (EBU) ilə imzaladığı müqaviləyə görə, bu il 20 noyabr tarixindən Qətərdə başlayan Futbol üzrə Dünya Çempionatının (2022 FIFA World Cup) bütün oyunlarının Azərbaycan ərazisində müstəsna yayım hüququ yalnız İctimai TV və İctimai Radioya məxsusdur.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Audiovizual Şurası, bütün yerli telekanallar, Kabel televiziyaları və IPTV-lər rəsmən məlumatlandırılıb.
Futbol üzrə Dünya Çempionatının oyunları keçirilən zaman TRT və Matç TV-nin Azərbaycanda yayımının dayandırılması çox güman ki, həmin telekanalların bu oyunları ölkəmizdə yayım hüququnun olmaması ilə bağlıdır”, - açıqlamada deyilir.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:31 / 22.11.2022
İTV-dən Dünya Çempionatının yayımı ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: İTV-dən Dünya Çempionatının yayımı ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: İTV-dən Dünya Çempionatının yayımı ilə bağlı AÇIQLAMA
105704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.