Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, "AHF Arena"da keçirilən yarışın ilk oyun günündə meydançaya əvvəlcə “İdman Akademiyası” və “Azəryol” komandaları çıxıblar.
Görüşün favoriti sayılan son ölkə çempionu fasiləyə 6 topluq üstünlüklə yollanıb – 15:9. “İdman Akademiyası” ikinci hissədə də rəqibin təhlükəli həmlələrini dəf etməyə çalışsa da, ustalıq səviyyəsi öz sözünü deyib. Oyun 37:22 hesabı ilə “Azəryol”un xeyrinə nəticələnib.
Günün ikinci matçında “Azərsu” “U-16” ilə qarşılaşıb. Bu oyunda da imkanları daha yüksək qiymətləndirilən “Azərsu” inamlı qələbə qazanıb - 22:10.
İkinci turun görüşlərində də favoritlər növbəti qələbələrini qazanıblar. “Azəryol” “İdman Akademiyası”na 40:23, “Azərsu” “U-16” komandasına 30:15 hesabı ilə qalib gəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
02:39 / 21.11.2022
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verildi
Hazırda oxunan: Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verildi
Hazırda oxunan: Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verildi
105392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.