Bu il Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatı ərəfəsində stadionlarda pivə satışı qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Bildirilib ki, satış xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda gerçəkləşəcək. Stadionlarda yalnız spirtsiz pivə satılacaq.
Qeyd edək ki, Dünya çempionatının başlamasına iki gün qalmış Qətərin hakim ailəsinin üzvləri FIFA-dan stadionlarda pivə satışını dayandırmağı tələb edib. Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:39 / 18.11.2022
FIFA-dan QƏRAR - Qətərdəki stadionlarda pivə satılmayacaq
Hazırda oxunan: FIFA-dan QƏRAR - Qətərdəki stadionlarda pivə satılmayacaq
Hazırda oxunan: FIFA-dan QƏRAR - Qətərdəki stadionlarda pivə satılmayacaq
105106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.