Fransalı futbolçu: "DÇ-2022 sonuncu beynəlxalq turnirim ola bilər"

Hazırda oxunan: Fransalı futbolçu: "DÇ-2022 sonuncu beynəlxalq turnirim ola bilər"

104987

Fransa millisinin futbolçusu Olivye Jiru mundial üçün yığmaya çağırılması, komandadakı rolu, həmçinin qarşıdan gələn DÇ-2022 barədə təəssüratlarını bölüşüb. 

Bizim.Media xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2022-nin onun üçün sonuncu beynəlxalq turnir ola biləcəyini deyib: 

“Burada olduğum üçün çox xoşbəxtəm, bu, böyük qürurdur. Baş məşqçi Didye Deşam artıq mənim rolumla bağlı qərar verib.

Lazım olan kimi komandaya öz töhfəmi verməyə çalışacağam. Bu, mənim altıncı böyük turnirimdir.

Özümə heç bir məhdudiyyət qoymuram. Qətərdəki dünya çempionatı mənim sonuncu beynəlxalq yarış ola bilər. Amma heç nə açıqlamaq istəmirəm, turnirdən sonra görəcəyik.

Mənim ən yüksək səviyyədə qalmaq üçün motivasiyam dəyişməz olaraq qalır”.  

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin