Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli Xorvatiya çempionatının 17-ci turunda "Riyeka" ilə matçda (7:2) erməni təxribatı ilə üzləşib.
Bizim.Media “Qol.az”a istinadən xəbər verir ki, meydançanın kənarında isinmə hərəkəti zamanı "Riyeka"nın azarkeşlərindən biri 25 yaşlı hücumçuya Qarabağın Ermənistana aid olduğunu deməklə onu təxribata çəkib.
Həmin vaxt Emreli azarkeşin bu hərəkətinə reaksiya verməyib.
Ancaq o, meydana daxil olduğu elə ilk dəqiqədə birinci qolunu vurduqdan sonra həmin azarkeşin olduğu tribuna önünə qaçıb. Mahir orta barmağını ona göstərərək hərbi salam şəklində jest edib və bununla da birbaşa Qarabağda həqiqi ev sahibinin kim olduğunu göstərib.
Bu hərəkətindən sonra M.Emreli sarı vərəqə ilə cəzalandırılıb.
Əldə etdiyimiz məlumata görə, məsələnin böyüməməsi üçün klubu M.Emreliyə bu mövzuda danışmaq qadağası qoyub.
Xatırladaq ki, M. Emreli dünən Xorvatiya çempionatının 17-ci turunda “Riyeka”ya 7:2 hesabı ilə qalib gəldikləri oyunda 72-ci dəqiqədə meydana girib və matçda dubl edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:07 / 14.11.2022
“Dinamo” Zaqrebin oyununda Mahirə qarşı erməni təxribatı - VİDEO
Hazırda oxunan: “Dinamo” Zaqrebin oyununda Mahirə qarşı erməni təxribatı - VİDEO
Hazırda oxunan: “Dinamo” Zaqrebin oyununda Mahirə qarşı erməni təxribatı - VİDEO
104320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.