Paracüdo üzrə dünya çempionatının PÜŞKÜ ATILIB  

Hazırda oxunan: Paracüdo üzrə dünya çempionatının PÜŞKÜ ATILIB  

103253

Paracüdo üzrə dünya çempionatının püşkatması keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında bildirilib. 

Məlumata görə, mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) cüdo üzrə sədri Yanoş Tardoş, IBSA cüdonun Avropa üzrə koordinatoru Elmar Babanlı və qurumun digər nümayəndələri iştirak ediblər. 

Noyabrın 8-i, yarışın ilk günündə tatami üzərinə milli komandamızın üzvləri Əsma İbrahimova (-48 kq J2), Şəhanə Hacıyeva (-48 kq J2), Vəfa Seydova (-57 kq J1), İsmayıl Muradov (-60 kq J1), Amil Əliyev (-73 kq J1), Hüseyn Rəhimli (-73 kq J2) və Namiq Abaslı (-73 kq J2) çıxacaqlar. 

Bildirilib ki, püşkatmanın nəticələrinə görə Əsma İbrahimova ilkin görüşündə ukraynalı Yuliya İvanitska, Şəhanə Hacıyeva türkiyəli Cahide Eke, Vəfa Seydova amerikalı Liana Mutia, İsmayıl Muradov özbəkistanlı Suxrob Şükürov, Amil Əliyev portuqaliyalı Cibrilo İafa, Hüseyn Rəhimli portuqaliyalı Ruben Goncalves, Namiq Abaslı ilə ispaniyalı Serxio İbanez Banon ilə qarşılaşacaq. 
Qeyd edək ki, Dünya Çempionatının açılış mərasimi noyabrın 8-i saat 16.00-da başlayacaq. Yarış saat 10.00, final bloku isə saat 17.00-da start götürəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin