"Ramil məni aldatdı, oturduğu yerdən dedi ki, penaltini Musa vursun. Bir az intizamdan kənara çıxdıq".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Azərbaycan Premyer Liqasının 13-cü turunda "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra danışıb.
Təcrübəli mütəxəssis oğlu Musa Qurbanlının matçın son dəqiqələrində yararlana bilmədiyi penaltidən söz açıb:
"Musa penalti vuranda da çox şey fikirləşmədim. Birinci və axırıncı dəfə oldu. İntizamdan kənara çıxmaq olmaz. Bombardirlik yarışında heç vaxt intizamdan kənara çıxmamışam. Dəfələrlə olub ki, kimsə penalti vurmaq istəyib, amma əsas penalti vuran olub".
Bizim.Media
- A-
- A
- A+
İdman
12:48 / 07.11.2022
“Ramil məni aldatdı” - Qurban Qurbanov
Hazırda oxunan: “Ramil məni aldatdı” - Qurban Qurbanov
Hazırda oxunan: “Ramil məni aldatdı” - Qurban Qurbanov
103177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.