Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək 

Hazırda oxunan: Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək 

102920

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcəkCourtesy İmage 
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha 2 oyunu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 19 xalla 4-cü, əyalət təmsilçisi isə 17 xalla 5-ci pillədə qərarlaşıb. 

İki komanda indiyədək ölkə çempionatında 28 dəfə qarşılaşıb. Bunların 9-da "qırmızı-qaralar", 6-da "qartallar" qələbə qazanıb. 13 qarşılaşma sülhlə başa çatıb. Topların nisbətində də bölgə təmsilçisinin üstünlüyü var - 33:24. 

Son iki qarşılaşmada üç qol vurulub. “Qəbələ”nin meydanındakı son dörd matçda heç-heçə qeydə alınıb. 

Günün digər oyununda "Neftçi" "Sumqayıt"da eyniadlı komandanın qonağı olacaq. "Ağ-qaralar" 25 xalla 3-cü sırada yer alıb. 4 xalı olan "gənclik şəhəri" təmsilçsi isə sonuncudur. 

Komandalar bunadək Premyer Liqada 40 dəfə üz-üzə gəlib. Bunların 20-si "Neftçi"nin, 12-si "Sumqayıt"ən xeyrinə yekunlaşıb. 8 görüşdə qalib müəyyənləşməyib. Bakılıların vurduğu 61 qola sumqayıtlılar 44 topla cavab veriblər. 

“Neftçi” son üç oyunda qalib gəlib. “Sumqayıt” iki matçdır qol vura bilmir. 

Azərbaycan Premyer Liqası 

XIII tur 

5 noyabr (şənbə) 

15:00. "Qəbələ” – “Zirə” 

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı 

Hakim-inspektor: Ramil Diniyev 

Qəbələ şəhər stadionu. 

19:00. “Sumqayıt” – “Neftçi” 

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli 

Hakim-inspektor: Babək Quliyev 

“Kapital Bank Arena”. 

Qeyd edək ki, turun açılış matçında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 6-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin