Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə oynanılır.
Bizim.Media xəbər verir ki, “köhlən atlar”ın ikinci hissə başlayandan bəxti gətirmir.
Belə ki, 50-ci dəqiqədə “Frayburq” qapısına penaltı təyin edən hakim VAR yoxlanışından sonra onu ləğv edib, daha sonra 54-cü dəqiqədə müdafiəçi Veşoviçin rəqib qapısından keçirdiyi qol da ləğv olunub.
Matçın 58-ci dəqiqəsində Mustafazadə yaranmış fürsəti dəyərləndirə bilməyib. 60-cı dəqiqədə isə komandamızın müdafiəçisi Kevin Medina hakim tərəfindən qırmızı kartla cəzalandırılıb.
Bizim.Media