AFFA-dan “Qəbələ” ilə bağlı SƏRT QƏRAR

Hazırda oxunan: AFFA-dan “Qəbələ” ilə bağlı SƏRT QƏRAR

102649

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media Milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olunub.

Oktyabrın 29-da Misli Premyer Liqasının XII turunun “Kəpəz” – “Səbail” oyununda “Səbail” klubunun 55 nömrəli futbolçusu Nihad Qurbanlı oyunun 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırımızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oktyabrın 30-da XII turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən Şamaxı stadionunda 12 ədəd plastik oturacağın sıradan çıxarılmasına görə stadiona ziyan vurulduğu üçün dəymiş ziyan “Qarabağ” klubu tərəfindən tam ödəniləcək.

Oktyabrın 30-da keçirilən “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Sabah” klubu 800 manat cərimə olunub.

Bundan başqa, həmin qarşılaşmada azarkeşlər arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə “Sabah” və “Qəbələ” klubları ayrı-ayrılıqda 4000 manat cərimə olunublar.

Eyni zamanda, “Qəbələ” klubunun azarkeşləri tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu 1600 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” oyununda qonaq komandanın azarkeşləri tərəfindən stadiona ziyan dəydiyi üçün (73 ədəd plastik oturacağın sıradan çıxması faktı) dəymiş ziyan Qəbələ təmsilçisi tərəfindən tam ödəniləcək.
Həmin qarşılaşmada qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyulur. 05.11.2022-ci il tarixində Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona girişi qadağan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin