Xəbər verdiyimiz kimi, azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında tarixi oyuna çıxıb.
Bizim.Media xəbər verir ki, ona bu matçda kömək edən Zeynal Zeynalov və Akif Əmrəli də Çempionlar Liqası qarşılaşmasında meydana çıxan azərbaycanlı laysmanlar kimi tarixə düşüblər.
Məlum olub ki, 37 yaşlı Zeynal Zeynalov tanınmış müğənni Ceyhun Zeynalovun (Cin) qardaşıdır. C.Zeynalov bu barədə "Instagram" səhifəsində paylaşım edib.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media