Hidayət Heydərov bürünc medala sahib çıxıb.
AzÉ™rbaycan cüdoçusu HidayÉ™t HeydÉ™rov BÆx8fÆx8f-in paytaxtı Æx8fbu-DabidÉ™ gÉ™nc cüdoçular arasında keçirilÉ™n dünya çempionatında 3-cü olub.
AzÉ™rbaycan cüdoçusu HidayÉ™t HeydÉ™rov BÆx8fÆx8f-in paytaxtı Æx8fbu-DabidÉ™ gÉ™nc cüdoçular arasında keçirilÉ™n dünya çempionatında 3-cü olub.
Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov dünya birinciliyində yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb. Fələstin, Kosta-Rika, Avstriya və Niderland Krallığı idmançılarını məğlub edən Heydərov yarımfinalda Yaponiya cüdoçusu Masaya Asariyə uduzub. Üçüncü yer uğrunda görüşdə kolumbiyalı Xuan Telyoya qalib gələn idmançımız mundialın bürünc medalına sahib çıxıb.

Hidayət Heydərov mükafatlandırma zamanıYarışda 73 kiloqram çəki dərəcəsində yarışan milli komandamızın digər üzvü Hüseyn Rəhimli dünya birinciliyində ilk görüşünü Böyük Britaniya cüdoçusu Erik Hamaya qarşı keçirib.
Bu görüşdə qələbə qazanan Rəhimli sonra avstraliyalı Sem Kinq, sloveniyalı Yan Kozak və qazaxıstanlı Didar Həmzəni də məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə cüdoçumuz Gürcüstan nümayəndəsi Tamazi Kirakozaşviliyə məğlub olub. Bürünc medal uğrunda görüşdə braziliyalı Linkoln Neveslə qarşılaşan Hüseyn Rəhimli rəqibinə uduzaraq beşinci yeri tutub.
Qızların yarışında isə Azərbaycan idmançısı Səkinə Zayırova ilk görüşdə mərakeşli İkram Soukateyə yenilərək mübarizəni dayandırıb.







































































































