“Şahruddinin adı son oyundan sonra çox hallanır və bu, məni narahat edir” – Qurban Qurbanov 

Hazırda oxunan: “Şahruddinin adı son oyundan sonra çox hallanır və bu, məni narahat edir” – Qurban Qurbanov 

102505

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) sabah Bakıda keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib.  

Bizim.Media xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: 

“Son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik. Oyunun mahiyyətini bilirik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi oyunumuza yönəltməliyik.

Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək”. 

Baş məşqçi futbolçuların psixoloji durumu necədir? Sualına cavab verərkən “Qarabağ”ın qapıçısından da danışıb.

“Son vaxtlar psixoloji durumdan çox danışılır. Hər şey qaydasındadır. Bilirik ki, kimlə oynayırıq. Son Avropa oyunumuzdan 6 gün keçib və hər gün də Şahruddinin adı hallanıb. Məni ən çox narahat edən budur. İstərdim ki, onun adı bu qədər hallanmasın. Bu, həm Şahruddində, həm də bütün komandada gərginlik yaradır. Həmişə azarkeşlərimizə güvənmişəm.
Belə hallar təsir edir. Hər şey qaydasındadır, heç bir psixoloji problemimiz yoxdur. Hamı başa düşür ki, bu cür oyunlarda özlərini necə idarə etməlidirlər. Futbol səhvlər oyunudur. Bütün matçlarda olur”, - deyə Q.Qurbanov bildiirb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin