Azərbaycan Premyer Liqasının XII turunda "Şamaxı" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Bizim.Media Ağdam təmsilçisinə istinadən xəbr verir ki, 30 yaşlı yarımmüdafiəçi MRT müayinəsindən keçib.
Onun diz yan bağlarında dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.
Qeyd edək ki, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib. Ölkə çempionu noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:28 / 31.10.2022
\"Qarabağ\"ın aparıcı futbolçusu \"Frayburq\"la oyunu buraxacaq
Hazırda oxunan: \"Qarabağ\"ın aparıcı futbolçusu \"Frayburq\"la oyunu buraxacaq
Hazırda oxunan: \"Qarabağ\"ın aparıcı futbolçusu \"Frayburq\"la oyunu buraxacaq
102079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.