"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunda evdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.
Bizim.Media xəbər verir ki, o, komandasının məğlubiyyəti barədə danışıb:
“Oyundan əvvəl də bilirdik ki, çətin olacaq. Son turdakı məğlubiyyətdən sonra “Neftçi”nin bu gün meydana motivasiya ilə çıxacağı məlum idi. Bizim də öz məqsədlərimiz var idi. Təəssüflər olsun ki, rəqib bizi meydanda üstələdi və layiqli qələbə qazandı. Oyunun əvvəlində erkən qol buraxmağımız komandamıza mənfi təsir etdi. Buraxdığız qollar həlledici oldu”.
Rəşad Sadıqov bildirib ki, futbolçuları 2-3 dəfə əks-hücumlarda rəqibi yaxalasalar da, həmin epizoddan faydala bilməyiblər.
“Oyuna əslində yaxşı başlamışdıq. Bir epizodda hətta üçə bir çıxdıq. Amma təəssüf ki, həmin epizoddan faydala bilmədik. Erkən qoldan sonra komandamız sanki özünə gələ bilmirdi. Ümumiyyətlə, bu mövsüm çox ucuz qollar buraxırıq. Belə qollar buraxdıqca vəziyyətimizi düzəltmək çətinləşir. Xüsusən də iddialı komandalarla matçlarda ucuz qollar buraxırıq”,-deyə "Zirə”nin baş məşqçisi bildirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
21:29 / 29.10.2022
"Bu mövsüm ucuz qollar buraxırıq" - Rəşad Sadıqov
Hazırda oxunan: "Bu mövsüm ucuz qollar buraxırıq" - Rəşad Sadıqov
Hazırda oxunan: "Bu mövsüm ucuz qollar buraxırıq" - Rəşad Sadıqov
101836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.