Bu gün qürurumuz “Qarabağ” Fransada “Nant”la oyuna cixacaq. Matç öncəsi, mövcud durumdan çıxış edərək, təxribat fikirləri surətlə yayılır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan idman mutəxəssisi Ceyhun Əliyev bildirib ki, “Qarabağ” belə hallara yad deyil:
“Lüksemburqdakı vəziyyəti xatırlayaq, ermənilər dronla oyuncaq respublikanın əski parçsasını işə salıb, sonradan bunun cəzasını çəkiblər, onlar bundan artığına qadir deyillər.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər
Əgər yenə də hansısa formada söz-söhbət yaranarsa, o zaman bu barədə Azərbaycan tərəfindən UEFA-ya məlumat veriləcək və bundan sonra onlar təxribatların qarşısını almaq üçün müəyyən tədbirlər görəcəklər.
Əgər təxribat baş verərsə, Fransa tərəfi cərimələnəcək. Ona görə də, belə vəziyət “Nant”ə sərf eləməz”.
Ceyhun Əliyev deyib ki, əgər turnir cədvəlinə baxsaq, fransızların indi ağır vəziyətdə olduğunu başa düşərik. Bunu nəzərə alaraq, təxribatın sadəcə paxıllığın nəticəsi olacağı qənaətinə gələ bilərik:
“Ermənilərin əvvəllər törətdiyi təxribatlar Qarabağ münaqişəsinin tam həll olunmaması səbəbindən, futbolçularımızın və məşqçilər korpusumuzun əhval-ruhiyyəsinə hansısa formada təsir göstərə bilirdisə, indi qalib ölkəyik, bizi ruhdan salmaq cəhdi gülüşdən başqa heç nəyə səbəb olmayacaq”.
Zakir Abbas, Bizim.Media