"Qarabağ"ın futbolçusu Riçard Almeyda sabah Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfərdə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında oyuna hazır olduqlarını deyib:
"Fransaya dünən gəldik. Komandamız çox istəklidir. Buradan pozitiv nəticə ilə qayıtmağı çox istəyirik. "Nant"ın gücünə bələdik. Bilirik ki, çox yaxşı komandadır, keyfiyyətli oyunçuları var.
"Nant" hər an oyunun nəticəsini dəyişə biləcək futbolçulara sahibdir. Amma biz oyuna tam köklənmişik, tam hazırıq. Belə dolu stadionlarda güclü komandalara qarşı oynamaq bizim özümüzün də xoşumuza gəlir. Ümid edirəm ki, Bakıya yaxşı nəticə ilə qaıdacağıq".
Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ" Bakıdakı 2-ci tur oyununda bu komandaya 3:0 hesabı ilə qalib gəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
05:34 / 27.10.2022
"Nant"la oyuna tam köklənmişik" - Riçard Almeyda
Hazırda oxunan: "Nant"la oyuna tam köklənmişik" - Riçard Almeyda
Hazırda oxunan: "Nant"la oyuna tam köklənmişik" - Riçard Almeyda
101352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.