"Nant" (Fransa) Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la ev oyununa itki ilə çıxacaq.
Bizim.Media xəbər verir ki, 30 yaşlı müdafiəçi Şarl Traore görüşdə iştirak edə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Antuan Kombuare oyundan əvvəl təşkil olunan mətbuat konfransında bildirib. Komandadakı yeganə itkinin Traore olduğunu vurğulayan mütəxəssis futbolçunun hələ də bərpa mərhələsində olduğunu qeyd edib.
Digər zədəli futbolçu Fabio isə artıq sağalıb. 32 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə matçda meydana çıxa bilər.
Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:18 / 26.10.2022
"Nant" "Qarabağ"la oyuna İTKİ ilə ÇIXACAQ
Hazırda oxunan: "Nant" "Qarabağ"la oyuna İTKİ ilə ÇIXACAQ
Hazırda oxunan: "Nant" "Qarabağ"la oyuna İTKİ ilə ÇIXACAQ
101330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.