Bu dəfə Mingəçevirə ikinci səfərimiz idi. Nurlar şəhəri və ölkəmizin enerji mənbəyinə səfərimizin məqsədi yenə eyni idi. Azərnaycan kanoe və avarçəkmə federasiyası Kür sahilindəki bu əsrarəngiz diyarda Beynəlxalq Mingəçevir Reqatası təşkil edirdi.
Artıq Beynəlxalq Avarçəkmə federasiyasının təqvim planına salınmış ikinci Mingəçevir Reqatası təşkil olunurdu. Federasiya bu dəfə də ənənəyə sadiq qalaraq reqatanın ilk gününü Suqovuşan qəsəbəsinə salmışdı. Beynəlxalq reqatanın ikinci və 3-cü günlərinin yarışı Mingəçevirdə keçirildi.
Beynəlxalq reqata haqqında hazırladığımız videomaterialı təqdim edirik.
Bizim.Media