"Neftçi" bu gün "Sabah"ı qəbul edəcək

Hazırda oxunan: "Neftçi" bu gün "Sabah"ı qəbul edəcək

100699

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə "Səbail" "Şamaxı"nı qəbul edəcək. Meydan sahibləri 9 xalla 7-ci, qonaqlar 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 7-də paytaxt təmsilçisi, 6-da bölgə klubu qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 21:21.

Tura "Neftçi" - "Sabah" oyunu ilə yekun vurulacaq. "Ağ-qaralar" 22 xalla üçüncü, qonaqlar 25 xalla ikinci sıradadır. Tərəflər Premyer Liqada 16 dəfə qarşılaşıblar. 12 dəfə "Neftçi", 2 dəfə "Sabah" meydanı 3 xalla tərk edib. Topların nisbətində də meydan sahibləri aşkar üstündür - 29:10.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"u 3, "Zirə" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib. "Qəbələ" - "Kəpəz" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin