"De Byazini millidə saxlayanda bizim fikrimizi soruşmurlar” - Tərlan Əhmədov 

Hazırda oxunan: "De Byazini millidə saxlayanda bizim fikrimizi soruşmurlar” - Tərlan Əhmədov 

100690

"De Byazini millinin baş məşqçisi vəzifəsində saxlayanda bizdən fikrimizi soruşmurlar. Biz bu məsələlərdə söz sahibi deyilik”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov deyib.  

Misli Premyer Liqasının 11-ci turunda “Qəbələ” ilə oyunsonrası (1:1)  mətbuat konfransında milli ilə bağlı sualı cavablandıran mütəxəssis yığmamızın Avro-2024-ün seçmə mərhələsində uğur qazanacağına inanmadığını bildirib:  “Millət Liqasının startında millimiz çətinlik çəkdi. Qrupa baxanda görünür ki, bizi daha ağır oyunlar gözləyir. Düşünürəm ki, bu qrupda millimiz yalnız Estoniyadan üstün ola bilər”.

Qeyd edək ki, AFFA De Byazi ilə sentyabrın 30-u başa çatan müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin