Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, Kənan Heybətov (70 kq) əvvəlcə rəqibi Lahure Vaduceyə (Şri-Lanka) təsəlliverici görüşə çıxmadığı üçün bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bürünc uğrunda görüşdə Ozorbek Toktomambetova 8:5 hesabı ilə qalib gələrək medala sahib çıxıb.
İslam İlyasov (97) isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:46 / 22.10.2022
Sərbəst güləşçilərimizdən dünya çempionatında QƏLƏBƏ - FOTO
Hazırda oxunan: Sərbəst güləşçilərimizdən dünya çempionatında QƏLƏBƏ - FOTO
Hazırda oxunan: Sərbəst güləşçilərimizdən dünya çempionatında QƏLƏBƏ - FOTO
100682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.