UEFA Rusiyaya TƏZMİNAT ÖDƏDİ - Çempionlar Liqasına görə 

Hazırda oxunan: UEFA Rusiyaya TƏZMİNAT ÖDƏDİ - Çempionlar Liqasına görə 

100648

UEFA 2021/2022 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib.

Bizim.Media sport-express.ru-ya istinadən xəbər verir ki, bu barədə ÇL-in final matçının hazırlıq üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin bildirib. O deyib:

“UEFA tərəfindən bütün xərclər ödənilib. Məsələ artıq bağlanıb. UEFA-nın indi heç bir  borcu yoxdur. Heç bir çətinlik yox idi, sadəcə olaraq məbləğ uzun müddət müzakirə olundu. Bunlar normal, işlək müzakirələr idi.
Onların Sankt-Peterburqdakı stadionun rəhbərliyi ilə münasibətləri barədə dəqiq söz deyə bilmərəm. Bizim nöqteyi-nəzərimizdən Rusiyanın bütün xərcləri kompensasiya edildi".

Qeyd edək ki, UEFA final qarşılaşmasını Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı "Qazprom Arena"dan alıb. Oyun Fransanın paytaxtı "Stad de Frans"da keçirilib. Görüşdə İspaniya "Real"ı İngiltərə "Liverpul"unu məğlub edib - 1:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin