Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazana bilər.
Bizim.Media xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Cavad Sardidi (Səudiyyə Ərəbistanı), Hievorh Manukyan (Ukrayna) və Fransua Drapoya (Kanada) qalib gəlsə də, yarımfinalda Nikolya Çilardın (Fransa) müqavimətini qıra bilməyib.
Tçkayev bürünc medal uğrunda Abılayxan Jubanazarla (Qazaxıstan) üz-üzə gələcək.
Eyni çəkidəki Elcan Hacıyev 1/16 finalda Mohab Elhanasa (Kanada) uduzub.
73 kq-da yarışan Vüsal Qələndərzadə 1/8 finalda Daniyar Şamşayevə (Qazaxıstan), bu çəkidəki Nurlan Osmanov eyni raundda Obidkhon Nomonova (Özbəkistan) yenilib.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medal qazanıb.
Bizim.Medisa
- A-
- A
- A+
İdman
15:04 / 22.10.2022
Daha bir cüdoçumuz bürünc medal qazana bilər - Böyük Dəbilqə
Hazırda oxunan: Daha bir cüdoçumuz bürünc medal qazana bilər - Böyük Dəbilqə
Hazırda oxunan: Daha bir cüdoçumuz bürünc medal qazana bilər - Böyük Dəbilqə
100627
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.