“Qalib gəlsək də, oyunda yaxşı dinamika oldu. Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi. Sona qədər mübarizə apardılar. Futbolçularımı təbrik edirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 11-ci turunda evdə "Turan Tovuz”a qalib gəldikləri (3:0) oyundan sonra mətbuat konfransında deyib.
Q.Qurbanov Moskva "Torpedo"sunun rusiyalı baş məşqçisi Andrey Talalayevin onun yanında təcrübəyə gəlmək istəməsi ilə bağlı danışıb:
"Ona təşəkkür edirəm. Nisbətən kiçik klublarda təcrübə keçmək istəyir. Nə vaxt gəlmək istəsə, problem yoxdur. Klubun işi, məşqçilərin fəaliyyəti ilə maraqlanması xoşdur. Bu, bizim məsuliyyətimizi artırır. Son vaxtlar Rusiya kanallarında ola bilsin ki, çox hallanıb. Amma bizim orada çıxış etmiş Nazim Süleymanov, Vəli Qasımov kimi futbolçularımız olub.
Qurbanov komandasının uzunmüddətli qələbə seriyası haqda isə bunları bildirib:
"İzah edəsi bir şey yoxdur. Sadəcə, komandanı hər oyuna yaxşı motivasiya etməyə çalışırıq. Həm fiziki, həm psixoloji hazırlığını yüksək səviyyəyə gətirməyə çalışırıq. Qeyri-adi nəsə var deyə bilmərəm. Ümimi iş prosesidir".
Bizim.Media
- A-
- A
- A+
İdman
22:52 / 20.10.2022
“Rəqib məğlub olmaq istəmirdi” – Qurban Qurbanov
Hazırda oxunan: “Rəqib məğlub olmaq istəmirdi” – Qurban Qurbanov
Hazırda oxunan: “Rəqib məğlub olmaq istəmirdi” – Qurban Qurbanov
100382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.