Azərbaycan Taekvondo Federasiyasında (ATF) Estoniyanın paytaxtı Tallində klublararası Avropa çempionatında uğur qazanmış komandalarla görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə ATF-nin məlumatında bildirilib.
Məlumata görə, tədbirdə qurumun vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, klubların baş məşqçiləri və mükafat qazanan idmançılar iştirak ediblər.
N.Səfərov müxtəlif komandaların heyətində 9 medal qazanan taekvondoçuların çıxışını uğurlu adlandırıb. Avropa çempionatında 4 yetirməsi fəxri kürsüyə qalxan "Ümid"in baş məşqçisi İlkin Şahbazov da uğurlu çıxışı davam etdirəcəklərinə inandığını deyib. Avropa çempionu qeyd edib ki, yeniyetmə taekvondoçuların daha da inamlı çıxışı üçün bütün bacarıqlarından istifadə edəcəklər.
N.Paşayev klubların Tallində uğurlu çıxış etdiyini vurğulayıb. Veteranlar arasında yarışlarda bürünc medala sahib olan Vüqar Kərimovu da təbrik edən Paşayev ona uğurlar arzulayıb.
Sonda idmançılara hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, "Ümid"in heyətində Sabir Məmmədli (27 kq) qızıl, Coşqun Məmmədzadə (33 kq) gümüş, Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medala qazanıb. Beyrək Bağırovun rəhbərlik etdiyi “Gədəbəy”də Həsən Süleymanov çempion tituluna sahib olub.
"Fortis"dən Mehman Qənbərovun (27 kq) üçüncü yeri tutduğu Avropa çempionatında Asim Xudiyevin baş məşqçisi olduğu “Alov”un iki taekvondoçusu Əli Hüseynli (44 kq) gümüş, İsa Hüseynli (40 kq) bürünc mükafata yiyələnib. Azərbaycanın aktivinə 9-cu medalı isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
05:34 / 19.10.2022
Avropa çempionatında uğur qazanan taekvondoçularla görüş keçirilib - FOTO
Hazırda oxunan: Avropa çempionatında uğur qazanan taekvondoçularla görüş keçirilib - FOTO
Hazırda oxunan: Avropa çempionatında uğur qazanan taekvondoçularla görüş keçirilib - FOTO
100010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.