Uşaq 12 mərtəbəli binadan yıxılıb öldü - Bakıda faciə

Hazırda oxunan: Uşaq 12 mərtəbəli binadan yıxılıb öldü - Bakıda faciə

99680
Paytaxtda bədbəxt hadisə baş verib. Azyaşlı uşaq eyvandan yıxılaraq dünyasını dəyişib.

Moderator.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsi “Yeni Bakı”x9d yaşayış sahəsində qeydə alınıb.

Dörd yaşlı Zəhra Bağırova yaşadığı evin eyvanından (12 mərtəbəli binanın 6-cı mərtəbəsindən) yıxılıb və hadisə yerində də dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, artaşdırmalar aparılır.

İyul ayının 25-də Bakıda bənzər hadisə baş vermişdi. Paytaxtın Xətai rayon sakini 2 yaşlı Ümid Ağalı yaşadığı mənzilin eyvanından yıxılmış və yerindəcə dünyasını dəyişmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin