Hacıqabulda baş verən avtoqəzada bir nəfər ölüb

Hazırda oxunan: Hacıqabulda baş verən avtoqəzada bir nəfər ölüb

96055
Hacıqabulda baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə 23.00 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq kəndi ərazisində qeydə alınıb. Zərbaliyev Cavid Sahib oğlunun idarə etdiyi “MAN”x9d markalı 99 HN 824 dövlət nömrə nişanlı yük avtomobili  ilə Mustafayev Bilal Maqsud oğlunun idarə etdiyi Mercedes markalı 85 BV 958 dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusda olan sərnişin Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Cahangirov Cahangir Yaqub oğlu kəllə-beyin və çoxsaylı bədən xəsarətlərindən hadisə yerində keçinib. Digər sərnişin Ələt qəsəbə xəstəxanasına yerləşdirilib.
 
 
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin