Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersinin Silifke mahalının Taşucu məhəlləsində bir avtomobilin üzərinə qoyulan və içində bomba ola biləcəyi şübhələnilən çanta həyəcana səbəb olub.
Taşucu keçmiş bələdiyyə binası qarşısında bir avtomobilin üzərində sahibsiz bir çanta görən vətəndaşlar bomba ola biləcəyi şübhəsiylə vəziyyəti polisə bildirib.
Hadisə yerinə gələn polislər ətraf təhlükəsizliyini təmin edərək bombanı zərərsizləşdirmə üzrə mütəxəssisi çağırıb. Xüsusi paltarlı mütəxəssisinin açdığı çantadan paltar çıxıb. Polis çantanı qoyan adamın müəyyən edilməsi istiqamətində çalışıldığını bildirib.
Polis qruplarının işi bitdikdən sonra prospekt yenidən açılıb.

































































































