Gəncədə üç uşaq anası özünü asdı

Hazırda oxunan: Gəncədə üç uşaq anası özünü asdı

93963
Gəncədə intihar hadisəsi baş verib. Hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

Moderator.az xəbər verir ki, Gəncə şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, şəhərin Gülüstan qəsəbə sakini 1975-ci il təvəllüdlü Cəmilə Əhməd qızı Əkbərova yaşadığı evdə özünü asıb.

Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər. 

Meyit hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib.

Özünü öldürən 40 yaşlı qadının 3 azyaşlı övladı olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bundan əvvəl də oxşar hadisə paytaxtda qeydə alınmışdı. Səbail rayon Badamdar qəsəbəsi 1-ci yaşayış massivi döngə 8, ev 399-da yaşayan 1978-ci il təvəllüdlü Venera Vaqif qızı Həsənova yaşadığı evdə özünü asmışdı. İntihar edən qadının iki azyaşlı övladı olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin