Şəkidə 10 yaşlı uşağı ilan sancdı

Hazırda oxunan: Şəkidə 10 yaşlı uşağı ilan sancdı

93336
Şəkidə 10 yaşlı uşağı ilan sancıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün saat 14:30 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 2005-ci il təvəllüdlü Elsevər Qiyas oğlu Salmanov ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, E. Salmanov yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan qəfildən onun sol ayağının topuq nəhiyəsindən sancıb. E. Salmanova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyəti nəzərə alınaraq dərhal Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. /APA/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin