Tədris Cərrahiyyə klinikasında xəstəyə böyrək köçürüldü

Hazırda oxunan: Tədris Cərrahiyyə klinikasında xəstəyə böyrək köçürüldü

92434
Bu günlərdə Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə  klinikasında universitet  tarixində  ilk  dəfə olaraq böyrək transplantasiyası  əməliyyatı  həyata  keçirilib. 

1989-cu  il  təvəllüdlü  xroniki  böyrək  çatışmazlığından  əziyyət  çəkən  və   uzun müddətdir ki,  hemodializ  seansları  alan xəstəyə  anasından alınan  böyrək  köçürüldü.  Ã–vladına  2-ci  dəfə  həyat verən  anadan - donordan  böyrək  alınma  əməliyyatı  Azərbaycanda  ilk dəfə olaraq endoskopik  (retroperitonoskopik)  üsulla  icra  edilmişdir.  Hal- hazırda  donorun  (ana) və  xəstənin  (oğul)  ümumi  vəziyyəti  qənaətbəxşdir.  Əməliyyatda  ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü,  professor Nuru  Bayramovun  başcılığı  ilə klinikanın  baş  həkimi dos.Asiman Həsənov,  həkim-cərrah  Ruslan Məmmədov, həkim-uroloq  Fikrət Əhmədov, nefroloq  Orxan Quliyev, anestezioloq  Cavid  Paşayev  və  digər  tibb  personalından ibarət heyət  iştirak etmişdir. İstanbul  Bilim Universitetinin  professoru Barış  Akın  ATU-da icra edilən bu ilk  orqan köçürülməsi əməliyyatında  yaxından iştirak edərək  dəstək  olmuşdur. 
 ATU-nun rektoru,  akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olmuş, hər ikisinə şəfa diləyərək tezliklə sağalıb yaxınlarına qovuşmalarını arzulamışdır.
  Qeyd etmək lazımdır ki, əməliyyatın icra olunduğu ATU-nun Tədris Cərrahiyyə klinikası ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək ixtisaslı mütəxəssislərin çalışdığı tibb müəssisəsidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin