Bir neçə gün öncə saytımız vasitəsilə Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair, həkim-kordioloq Qalib Şəfahətin yol polisləriylə qarşılaşdığı problem ictimailəşdirmişdik. Ertəsi gün Bakı şəhər Yol Polisinin yazımıza müsbət reaksiya verdiyini, şairin üzləşdiyi ədalətsizliyi ortadan qaldırdığı eşidib onunla bərabər biz də sevinmişdik. Qəribədir ki, bu sevinc uzun sürmədi. Qalib Şəfahətin verdiyi məlumata görə, əvvəl onunla razılaşan yol polisi daha sonra öz fikirlərindən daşınıb. İndi şairin telefon zənglərinə belə cavab verilmir. Halbuki, elə həmin nömrələrlə şairi görüşə edən elə yol polisləri olmuşdu.
Qalib Şəfahətin bununla bağlı redaksiyamıza göndərdiyi növbəti məktubu Moderator.az oxucularına təqdim edirik:
"Çox təəssüf
Çox qəribə hadisələrlə rastlaşıram. Bir hadisə yadıma düşdü, hansısa kitab da oxumuşdum. Vaxtilə bir rus generalı Qarabağa gəlir, ona hansısa söz verilir, yerinə yetirilir.
O, deyir: - Qarabağda veilən söz yeddi möhürdən etibarlıdı.
Dünənə kimi Sabunçu YPİ-nə kimi arxamca gəlib maşın sürən çox hörmətli daxili xidmət polkovniki Vaqif Əsədov bu gün telefon zəngimə cavab vermir.
Halbuki bir gün əvvəl deyirdi ki, özünü jurnalistlərin, yazar və şairlərin dostu hesab edir. Buna görə medalımı, ya da nəsə başqa sənədi belə var. O da bu medalına söykənərək, mənə özünü dost kimi təqdim etmişdi. Bu dostluğu, elə bil, külək apardı. İnanmazdım, Vaqif müəllim-qələm əhlinin dostu belə bir iş görə. Nəsə, öz işidi...
Nəyə görə dedim, o mənə hətta rəis əvəzi və rəis müavini yanında söz vermişdi ki, bir yerdə sənin sürücülük vəsiqən qaytarılacaq. İndisə Vaqif müəllim məndən inciyib. Səbəb isə çox gülüncdür. Deyir, niyə inzibatı protokolun ləğv edildiyini yazmışam.
Vaqif müəllim dünən dediklərinin hamsını bu gün inkar edir. Halbuki cənab nazir Ramil Usubova təşəkkür məktubu yazmağı da o demişdi.
Hörmətli Vaqif müəllim, yadınızdamı, siz mənə öz maşınınızda hədə-qorxu gəlirdiniz. Hətta deyirdiniz internetdə, televizya kanalında mənimlə üz-üzə gələ bilərsiniz. Budur, mən mətbuat önündəyəm və hər debata hazıram. Qətiyyən qoruxmuram da. Ona görə ki, mən hazırın naziri olmamışam. Mənim başıma ermənilər hərbi həkim olanda iki dəfə güllə atdılar, dəymədi və ölmədim. Ölə də bilərdim, amma elə yerdə erməni gülləsindən ölmək daha şərəflidir. Ölüm haqdı, qaçmaq olmaz. Komandanız da mənə qəsd edə bilər. Ondan da qoruxmuram. Amma Konfutse demişkən, "öldürmə, onsuz da öləcək". Amma baxır kim, nə vaxt?
Onu da bildirim ki, sizin məni qorxutduğunuz ANS kanalı, Space kanalı və istənilən mətbuat orqanında üz-üzə durmağa hazıram, özü də mədəni formada.
Respublikanın Baş Prokroruna, Milli təhlükəsizlik Nazirinə müraciət edirəm, bunlar mənə hədə-qorxu gəlirlər. Azərbaycan Prezdenti cənab İlham Əliyevə Ali Baş Komandan kimi inanmışam, heç vaxt da inamımı itirməmişəm. İnanıram ki, bu dəfə də Azərbaycan Yazıçılar Birliyinin üzvünü, həkim-kordioloqu, ən əsası isə ona səs vermiş vətəndaşı polis özbaşınalığından qoruyacaq."
- A-
- A
- A+
Hadisə
09:39 / 21.08.2015
“Baş prokrora, milli təhlükəsizlik nazirinə müraciət edirəm”x9d - Məni hədələyirlər
Hazırda oxunan: “Baş prokrora, milli təhlükəsizlik nazirinə müraciət edirəm”x9d - Məni hədələyirlər
Hazırda oxunan: “Baş prokrora, milli təhlükəsizlik nazirinə müraciət edirəm”x9d - Məni hədələyirlər
91511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































