7-ci mikro rayonda bina yanır

Hazırda oxunan: 7-ci mikro rayonda bina yanır

89791
Hazırda Binəqədi rayonu, 7-ci mikrorayonda yaşayış binasında yanğın başlayıb.
xa0
Publika.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın Abay Kunanbayev küçəsi 11a-da yerləşən binanın 5-ci mərtəbəsindəki mənzildə baş verib.
xa0
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını cəlb olunub. Xilasedicilər yanğın olan mənzilin qapısını sındırıb içəri daxil olmağa çalışırlar. Mənzildə adam olub olmadığı məlum deyil.
Daha ətraflı məlumat veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin