Qobustanda qəza: Ölən var

Hazırda oxunan: Qobustanda qəza: Ölən var

89191

Moderator.az Daxili İşlər Nazirliyinin sayıtna istinadən verdiyi məlumata görə, hadisə avqustun 4-də saat 09 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. 

Belə ki, paytaxt sakini Səxavət Xalidov idarə etdiyi “KamAZ-53212”x9d markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel”x9d markalı avtomobilə vurub.

Idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi “Shacman”x9d markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib.

Nəticədə M.Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin