Ağdamın Quzanlı qəsəbəsində Daş Evlər köçkün şəhərciyində yanğın hadisəsi baş verib.
Ağdam rayonu Saybalı kəndindən olan məcburi köçkün Kazımov Zamiq Çingiz oğluna məxsus ev yanıb.
Nəticədə onun iki azyaşlı qızı, 2012-ci il təvvəlüdlü Kazımova Əfsanə və 2013-cü il təvvəlüdlü Kazımova Rəqsanə yanaraq ölüb.xa0
Faktla bağlı araşdırma aparılır. (Apa)































































































