Ucarda 1 saat ərzində eyni ərazidə iki yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisələr bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.
xa0
İlk hadisə zamanı Bərdə rayon sakini, 38 yaşlı Rüstəmov Çingiz Bulud oğlu idarə etdiyi xa020-CO-632 dövlət nömrə nişanlı “Mercedes”x9d markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı betondan tikilmiş quyuya düşüb. Nəticədə sürücü və maşında olan sərnişin Ağdaş rayon sakini, 22 yaşlı Qasımov Elgül Dəmir oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.
xa0
Digər hadisə zamanı isə ağırtonajlı yük maşını quyuya düşüb. Maşına ziyan dəysə də, xəsarət alan olmayıb.xa0
xa0
Hadisələrin baş vermə səbəbləri ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.




































































































