Bir gecədə iki ev yandı

Hazırda oxunan: Bir gecədə iki ev yandı

84608
Bir  gecədə iki ev yandı. 

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən  Moderator.az-a məlumat   verilib. Belə ki, ötən gecə Masallı rayonu, Qızılavar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus  ev yanıb.  Ümumi sahəsi 96 kv.m olan 3 otaqlı evin mətbəxi və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın hadisəsi isə Biləsuvar rayonu, Zəhmətabad kəndində baş verib. Rayon mərkəzinən 6 km aralıda yerləşən Zəhmətabad kəndində  vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m birmərtəbəli 3 otaqlı evdə yanğın olub. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində  evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində ancaq evin bir otağı və əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin