Təəssüf ki, bu görüntülər hansısa dağ çayındakı sıldırım qayalardan gurultu ilə tökülən çay deyil, paytaxtın "20 yanvar" metrostansiyasının çıxışındakı 5 mərtəbəli binanın üstündə olan su çənindən saatlarla aşağı axan suyun binanın fasadında yaratdığı acınacaqlı mənzərəyə aiddir. Bunu vətəndaş məsuliyyətsizliyi və yaxud məmur özbaşınalığı kimi qiymətləndirməyin, Azərbaycanı istəməyən şər qüvvələrin təxribatlarıdır. Bəlkə də yadplanetlilərin günü-gündən gözəlləşən Bakımızı gözü götürməməsinin nəticəsidir. Bir sözlə, sözün bitdiyi yerdir...
Əraziyə cavabdeh olan irili - xırdalı bütün məmurları soyundurub həmin çirkli şəlalələdə çimizdirmək əslində ən böyük ictimai nəzarət olardı...































































































