Bakıda səhər-səhər qadını xəstəxanalıq etdilər

Hazırda oxunan: Bakıda səhər-səhər qadını xəstəxanalıq etdilər

82023
Bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda piyada vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə səhər saat 07:40-da Primorsk ərazisində qeydə alınıb.

Naməlum avtomobil 46 yaşlı Xatirə Şükürovanı vurub. Piyada ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.

Həkimlər ona boynunun küt travması diaqnozunu qoyublar.

Hadisənin baş vermə səbəbləri və sürücünün kimliyi araşdırılır.

Faktla bağlı araşdırmalar davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin