Bakıda güclü yanğın ”“ FOTO + YENİLƏNİB

Hazırda oxunan: Bakıda güclü yanğın ”“ FOTO + YENİLƏNİB

75754
9 avtomobil yanıb kül oldu.

Bakıda avtodayanacaqda yanğın baş verib.

Moderator.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

17:18

Bakının Tbilisi prospektində yerləşən Qafqaz otelinin yanındakı yarımtikilidə güclü yanğın olub.

Moderator.az xəbər verir ki, hadisə şahidlərinin SalamNews-a verdikləri məlumata görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq, külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının otel binasına keçmə ehtimalı böyükdür.

Hazırda yanğının qarşısının alınması üzrə işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin