Bakıda gənc qız özünü 16-cı mərtəbədən atdı

Hazırda oxunan: Bakıda gənc qız özünü 16-cı mərtəbədən atdı

74291
Baş verən intihar hadisəsinin səbəbləri araşdırılır.

Bu gün səhər saatlarında intihar hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, hadisə şahidlərinin ANS PRESS-in qaynar xəttinə verdikləri məlumata görə, 15-20 dəqiqə əvvəl Həzi Aslanov metrosu yaxınlığında Məhəmməd Hadi küçəsi 73 ünvanında gənc qız binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.

Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir. 

Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır.

Qadının nə səbəbdən intihar etdiyi bilinmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin