Bakıda dəhşətli qəza, ölən var

Hazırda oxunan: Bakıda dəhşətli qəza, ölən var

73876
Bakının Dərnəgül şosesində ağır yol nəqliyyat hadisəsi baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var.

Saat 23 radələrində Dərnəgül şossesinin Nərimanov rayonuna aid ərazisində 02 BL 304 dövlət nömrə nişanlı “Lifan”x9d markalı maşınla 90 LN 425 dövlət nömrə nişanlı “Mercedes”x9d toqquşub. Bu zaman arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı “Daevo Gentra”x9d və 90 SR 038 dövlət nömrə nişanlı “Mercedes”x9d markalı avtomobil də onlara çırpılıb.

Şossedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı “Mitsubishi”x9d markalı avtomobil də qəza törətmiş digər avtomobillərə çırpılıb.

Sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı “MAZ”x9d da qəza törətmiş avtomobillərə çırpılıb. Şossedə hərəkətdə olan 10 ZE 823 dövlət nömrə nişanlı “KAMAZ”x9d isə “MAZ”x9da çırpılıb.

“KAMAZ”x9dın sürücüsü dərhal hadisə yerində ölüb.

“KAMAZ”x9dın çırpıldığı “MAZ”x9d isə zərbənin təsirindən yolda hərəkətdə olan 10 HB 688 dövlət nömrə nişanlı “VAZ 2107”x9də, o da öz növbəsində 90 EN 793 dövlət nömrə nişanlı “Mercedes”x9də çırpılıb. “Mercedes”x9d isə 90 LP 329 “Shevrolet Aveo”x9d ilə toqquşub.

Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir. Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan olmayıb.(apa)


















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin